Bələdiyyə sədri: “Qeyd olunan işlər məhdud büdcə gəlirləri ilə həyata keçirilmişdir”
Bələdiyyə sədri: “Qeyd olunan işlər məhdud büdcə gəlirləri ilə həyata keçirilmişdir”
“Küpçal-Dağlı
bələdiyyəsinin bu gün əsas vəzifəsi seçicilərinin qaldırdığı problemlərin həllinə
çalışmaqdır”- bu sözləri
Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Natiq Bəkmirzəyev deyib.
Sədr
qeyd edib ki, cari ilin altı ayı ərzində bələdiyyənin keçirdiyi yeddi iclasda bir sıra
təşkilatı məsələlərlə yanaşı, əhalinin sosial-məişət şəraitinin
yaxşılaşdırılması ilə bağlı məsələlər müzakirə olunaraq qəbul olunub. Birinci
yarımil ərzində bələdiyyənin təsdiq olunmuş iş planına əsasən bələdiyyə ərazisində
yerləşən 8 qəbiristanlıqlara iməcliklər təşkil olunmuş, təmizlik və abadlıq işləri aparılmışdır. Dağlı kənd qəbirstanlığına əhalinin iştirakı
ilə su xətti çəkilmişdir.
Quba-Qusar,
Dağlı-Küsnət istaqamətində magistral yolların kənarları təmizlənmiş, ərazi alaq
və yabani otlardan təmizlənmiş və ağaclar ağardılmışdır. Bununla bərabər bələdiyyə ərazisində məişət
tullantılarının atılması üçün urnalar tikilmiş, yığılmış tullantılar təsdiq
olunmuş qrafikə uyğun olaraq daşınması və zərərsizləşdirilməsi həyata keçirilməkədir.
Görülən işlərə dəsətk verilməsi üçün bələdiyyə tərəfindən bir ədəd özüboşaldan
yük avtomobili də alınmışdır.
Dağlı
və Qələdüz kəndlərində mövcud olan subartezian quyularının yanmış su nasosları
yeniləri ilə əvəz olunmuşı da bələdiyyənin həyata keçirdiyi işlərdəndir.
Bələdiyyənin
həyata keçirdiyi işlərdən biri də Dağlı kəndində 600 tonluq su anbarı təmizlənmiş
və dezinfeksiya olunmasıdır. Bununla
yanaşı Qələdüz kəndində Seyfəlqala adlanan ərazidə içməli su probleminin həlli
istiqamətində 24 tonluq su çəni
quraşdırlımışdır.
Cari
ildə ərazidə baş vermiş güclü yağışlar nəticəsində zərər çəkmiş Dağlı, Küsnət və
Qımıl kəndləri içməli su ilə təmin edən 120 mm diametrli su xətti əsaslı təmir
olunmuş və sakinlərin istifadəsinə verilmişdir.
Sel nəticəsində
dağılmış kəndarası yollarda cari təmir işləri aparılması da bələdiyyənin həyata
keçirdiyi layihələrdəndir. Sədr açıqlamasında bildirib ki, Dağlı kəndində əkin
və bağ sahələrinə gedən 6 km uzunluğunda yol əsaslı təmir olunmuşdur.
Cari
ilin altı ayı ərzində bələdiyyə tərəfindən
şəhid və qazi ailələri daim diqqət mərkəzində saxlanılmış, doğum və anım günləri
ilə əlaqədar olaraq kənd sakinləri, ictimaiyət nümayəndələri və din xadimlərinin
iştirakı ilə tədbirlər keçirilmişdir.
Qımıl
kəndində Şəhid Mirzəyev Nuran Akif oğlunun xatirə stendi hazırlanmış və hazırda
ətrafında xatirə kompleksinin tikintisi aparılır. Qımıl kəndində birincin
Qarabağ Şəhisi Tahirov Alimşah Əmirşah oğlunun xatirə stendi hazırlanaraq
quraşdırılmışdır.
Sədr
onu da xüsusilə vurğulamışdır ki, qeyd olunan işlər məhdud büdcə gəlirləri ilə
həyata keçirilmişdir.
Sonda
sədr vergi ödəyicilərinə müraciət edərək bələdiyyəyə olan vergi və ödənişləri
vaxtında ödəmələrini xahiş etnişdir.
Belediyye.info
Bələdiyyənin yeni loqosu
Mənbə: Meneviyyat.Az/