Azərbaycanın 60 saytına haker hücumu oldu
Azərbaycanın “.az” domenində 60 veb-resursa haker hücumu olub.
Turkustan.az bu barədə “CYBER ON” şirkətinin apardığı monitorinq nəticəsinə istinadən xəbər verir.
Araşdırmalara əsasən, kibermüdaxilələrin 42 %-i təhlükəsiz kodlaşdırmanın düzgün aparılmaması, 58 %-i isə server sazlamalarının düzgün qurulmaması ilə bağlı olub.
Bundan əlavə müəyyən edilib ki, hücumların 18-i serverə, 13-ü isə kod səviyyəsində müdaxilələrlə bağlı olub. Qalan 29 halda isə hücumun mənbəyini və üsulunu müəyyən etmək mümkün olmayıb. Eyni zamanda, məlum olub ki, haker hücumuna məruz qalan 6 veb-resurs əvvəlki zəifliklər aradan qaldırılmadığı üçün təkrarən hədəfə çevrilib. Bu hallarda məsul şəxslər mövcud çatışmazlıqların aradan qaldırılması üçün effektiv tədbirlər görməyiblər.
Kibermüdaxilə halları aşkarlanan veb-resursların ölkələr üzrə statistikasına nəzər saldıqda onların 82 %-nin ABŞ, 5 %-nin Almaniya, 5 %-nin Azərbaycan, 4 %-nin Rusiya, 4 %-nin İngiltərədə saxlanıldığı (Hosting) müəyyən olunub. /bizim.media/az/
Mənbə: Turkustan.Az