BƏLƏDİYYƏ

Sahil bələdiyyəsinin rəhbərliyi şəhid ailələrini ziyarət ediblər 

Sahil bələdiyyəsinin rəhbərliyi şəhid ailələrini ziyarət ediblər 

“Qaradağ rayonu Sahil bələdiyyəsi rəhbərliyi tərəfindən 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş igidlərimizin ailələri ziyarət edilib”- bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub. Ziyarət zamanı şəhid ailələrinin ehtiyacları ilə maraqlanılıb, onların qarşılaşdığı məsələlər dinlənilib və müvafiq dəstək göstərilməsi üçün addımlar atılıb. 

Görüşlərdə şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib. Ziyarət iştirakçıları şəhidlərin Vətən qarşısındakı misilsiz xidmətlərindən danışaraq onların adlarını böyük minnətdarlıq hissi ilə anıblar.

Şəhid ailələri onlara  göstərilən davamlı diqqət və qayğıyə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/