“Lody” uşaq bezi markasının Azərbaycan bazarına daxil olmasından 1 il keçir
2024-cü ilin iyul ayında fəaliyyətə başlayan “Global Selfcare” şirkəti bu gün Azərbaycanın uşaq bezi bazarında uğurla mövqeyini qoruyan “Lody Baby” markasının 1 illiyini qeyd edir. Qısa müddətdə həm valideynlərin etibarını qazanan, həm də aptek və market şəbəkələrində geniş şəkildə təmsil olunan bu marka, bazarda sürətlə böyüyən yerli distribütor brendlərdən birinə çevrilib.
Referans xəbər verir ki, yubiley münasibətilə təşkil olunan tədbirdə, “Global Selfcare” komandasıBakı və regionlar üzrə partnyorlarla bir araya gələrək həm keçilən yola nəzər salıb, həm də gələcək planları müzakirə edib. Tədbir çərçivəsində partnyorlarla keçirilən görüşlər, əməkdaşlığın inkişafı və satış hədəfləri baxımından əhəmiyyətli müzakirələrlə yadda qalıb.
“Global Selfcare” şirkətinin CEO-su Sərxan Məmmədov yubileylə bağlı fikirlərini belə ifadə edib:
Uşaq sağlamlığı və rahatlığı bizim üçün əsas prioritetdir. Lody ilə başladığımız bu yol, sadəcə bir məhsul satışı deyil – ailələrə, körpələrə göstərilən diqqət və qayğının göstəricisidir. Cəmi bir il ərzində qazandığımız etibar və genişlənən müştəri bazası bizim üçün böyük motivasiyadır. Hədəfimiz – hər evə, hər körpəyə rahatlıq və keyfiyyət çatdırmaqdır.
Tədbirdə çıxış edən şəxslərdən biri də “Bridge Group” şirkətinin CEO-su Fərid İskəndərov olub. O, Lody brendinin ölkədə doğru zamanda doğru yanaşma ilə təqdim edildiyini vurğulayaraq, distribusiya modeli və komanda işi ilə bağlı fikirlərini bölüşüb.
Tədbirin xüsusi qonağı – Lody brendinin istehsal olunduğu fabrikin sahibi də tədbirdə iştirak edib və çıxışında Azərbaycan bazarına olan etibarını, məhsulun beynəlxalq keyfiyyət standartlarını və Global Selfcare ilə əməkdaşlığın güclü tərəflərini qeyd edib. O, həmçinin yaxın gələcəkdə yeni texnologiyalar və innovativ yanaşmalar əsasında hazırlanmış uşaq gigiyena məhsullarının təqdim ediləcəyini qeyd edib.
“Lody” markası gələcəkdə məhsul çeşidini genişləndirməyi, həmçinin rəqəmsal platformalarda və sosial məsuliyyət layihələrində daha aktiv iştirak etməyi planlaşdırır.
Bu münasibətlə “Global Selfcare” komandası və əməkdaşları şirkətin ilk ildönümünü xüsusi tədbirlə qeyd edir və bütün tərəfdaşlara, valideynlərə və komanda üzvlərinə təşəkkür edir.
Əlavə məlumat üçün:
[email protected]
www.globalselfcare.az
instagram/Facebook: @lodyazerbaycan
Mənbə: Turkustan.Az