BƏLƏDİYYƏ

Bülbülə bələdiyyəsində bələdiyyə üzvlərinə üzvlük vəsiqələri təqdim edilib

Bülbülə bələdiyyəsində bələdiyyə üzvlərinə üzvlük vəsiqələri təqdim edilib

Bülübülə bələdiyyəsində  üzvlərə rəsmi üzvlük vəsiqələrinin təqdimetmə mərasimi keçirilib.

Tədbir zamanı çıxış edən bələdiyyə sədri Nəsib İsmayılov  bildirib ki vəsiqələr üzvlərin hüquqi statusunu rəsmiləşdirir və onların yerli özünüidarəetmə prosesində daha fəal və səlahiyyətli şəkildə iştirakına imkan yaradır.

Görüşdə qeyd olunub ki, bələdiyyə üzvlərinin fəaliyyətində əsas prioritetlərdən biri vətəndaşların müraciətlərinin operativ və səmərəli şəkildə araşdırılması, yerli əhəmiyyətli məsələlərin həllinə yönəlmiş təşəbbüslərin dəstəklənməsi və ictimai nəzarətin gücləndirilməsidir.

Sədr görüşdə bələdiyyənin gələcək fəaliyyətinə toxunaraq cari ildə daha yüksək nəticələrin əldə edilməsi üçün hər bir üzvün fəaliyyətimizə töhfə verməsini arzu edib.

Tədbirin sonunda vəsiqələr üzvlərə təqdim olunub və onlara fəaliyyətlərində uğurlar arzu edilib. 

Belediyye.info

Mənbə: Meneviyyat.Az/