Xanım Kərimova: “Qaraqaşlı bələdiyyəsinin əsas məqsədi vətəndaş məmnunluğunun təmin edilməsinə çalışmaqdır”
Xanım Kərimova: “Qaraqaşlı bələdiyyəsinin əsas məqsədi vətəndaş məmnunluğunun təmin edilməsinə çalışmaqdır”
“Neftçala
rayonu Qaraqaşlı kəndində daxili yollar bələdiyyə tərəfindən cari təmir olunur
və yolların təmirinə kənd sakinləri ruh yüksəkliyi ilə səfərbər olaraq iməciliklər
təşkil edir, yolara tökülmüş çınqıl-qumu həm texnika, həmdə əllə yayılmasına dəstək
olurlar”- bu barədə Belediyye.infoya məlumatı adıçəkilən bələdiyyənin sədri
Xanım Kərimova bildirib.
Bu da
digər küçələrdə eləcə də qonşu yaşayış məntəqələrində sakinlərin bu ənənəyə
qoşulmasına böyük töhvə verməkdədir.
Belə
ki, layihə çərçivəsində kəndin daxili yollarına çınqıl tökülərək
hamarlanmışdır. Qaraqaşlı bələdiyyəsi maliyyə imkanları çərçivəsində bu layihəni
bundan sonra davam etdirmək niyyətindədir.
Xanım
sədr bildirib ki, on üç kəndi özündə birləşdirən Qaraqaşlı bələdiyyəsinin əsas
məqsədi vətəndaş məmnunluğunun təmin
edilməsinə çalışmaqdır.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/