BƏLƏDİYYƏ

Telman Ağabəyov: “Vergi və rüsumların toplanmasında müəyyən irəlləyişlərə nail olsaq da, hələ də əhalidən vergilərin toplanmasında müəyyən problemlərimiz qalmaqdadır”

Telman Ağabəyov: “Vergi və rüsumların toplanmasında müəyyən irəlləyişlərə nail olsaq da, hələ də əhalidən vergilərin toplanmasında müəyyən problemlərimiz qalmaqdadır”


Uzun
illərdən bəri yenidən Salyan bələdiyyəsini ziyarət etməyi qərara gəldim. On ildən
artıq bir müddət idi ki, bu şəhərdə olmamışdım. Əvvəlki illərdə əməkdaşlıq əlaqələri
 qurulsa da, son beş ildə bu əlaqələr bir
tərəfli qaydada ümumiyyətlə kəsilmişdi. Biz məhz bu əlaqələri bərpa etmək məqsədlə
sədrlə danışıb bələdiyyənin fəaliyyəti ətrafında danışmaq, həm də öz təcrübəmizi
paylaşmaq istədik.

Ancaq
mətləbə keçməmişdən öncə  maraqlı bir məqamı
diqqətə çatdırmaq istərdim. Yəni maşını saxlayıb bələdiyyənin yerləşdiyi binanın
yerini soruşanda hər kəsin verdiyi cavab diqqətimi çəkdi.  Cavablar təxminən belə olurdu: “iki tin keçib,sola
dönərsiniz, ordan düz üç tin gedib, sağa dönüb  birinci tində köhnə “rayispalkomun” binasını görəcəksziniz”.

Elə də
oldu. Digər maraqlı məqam isə bu “tin” lərin hamısının təxminən eyni məsafədə olması
idi. Yəni bütün hallarda ehtiyatı əldən vernək olmazdı.  Su-kanalizasiya xəttləri çəkildiyindən deməliyəm
ki, şəhər heç də ürəkaçan vəziyyətdə deyildi. Ancaq hər kəs işbaşında idi.  Nə isə, keçək mətləbə…

Bələdiyyədə
keçirdiyim görüşdə Salyan bələdiyyəsinin sədri Telman Ağabəyov, sədr müavini
Fuad Qəhrəmanov,  baş mühasib Rafiq Vəliyev
və bələdiyyənin mühəndisi Tələt Zeynalov iştirak edirdi.

Görüşün
maraqlı keçməsindən çox, hər iki tərəf uçun  faydalı keçdiyini demək lazımdır. Tövsiyəmizlə
 SMS xidmətinin tətbiqinın başlamasından tutmuş,
inteqrasiyanın yaratdığı şəraitədək söhbətlər getdi. Hətta digər bələdiyyələrin
də SMS xidmətindən yararlanması ilə bağlı artıq şəhər bələdiyyəsində söhbətlər
aparıldığı da qeyd edildi.

Əlavə
edim ki, Salyan bələdiyyəsinə yeni seçilən sədr Telman Ağabəyov bələdiyyə
sistemində yeni deyil. Bundan əvvəl rayonun Kür-Qaraqaşlı bələdiyyəsində iki çağırış
üzv və sədr kimi fəaliyyəti olub. Onillik fəaliyyəti ilə geridə qalan bir bələdiyyəni
fəaliyyəti ilə  nümunəvi sıraya qoşmağı
bacarıb. İndi isə şəhər bələdiyyəsinə ən şox səs toplamaqla (5071 səs) üzvlər
sırasında birinci yeri tutmağı bacarıb. Bələdiyyənin ferval ayında keçirilən
ilk iclasında isə sədr seçilib.

Sədrin
şəhər bələdiyyəsində əldə etdiyi ən böyük uğurlardan biri kollektivdə səmimi  bir mühitin yaratması idi.  Bu gün yaranan atmosferin nəticəsidir ki,  hər bir üzv və qulluqçu bələdiyyənin işinə öz
töhfəsini verməyə çalışır. Və bilir ki, bələdiyyəyə edilən bu hörmətin, bu qayğının
bütün hallarda həm maddi, həm də mənəvi bir nəticəsi olacaqdır.  Görüşdə sədr əldə etdiyi uğurlardan çox üzləşdiyi
çətinliklərdən danışdı.

 Bu gün Salyan bələdiyyəsində əsas məqsədimiz vətəndaş məmnunluğu təmin
etməyə çalışmaqdır.Hazırda  Salyan bələdiyyəsinin  15 nəfər üzvü var.
Bunlardan 7 nəfəri
qadındır. Bələdiyyədə 6 daimi komissiya və icra aparatı fəaliyyət göstərir.  Komissiya sədrləri savadlı, təcrübəli və peşəkar insanlardır.

Hesabat dövründə bələdiyyəmiz 35 yığıncaq keçirmiş, 176 müxtəlif məsələ
müzakirə edilmişdir. Məsələlərin həlli əsasən sosial sifarişlər əsasında,
sakinlərin müraciəti, təklifləri əsasında kollegial şəkildə həyata keçirilir.

Bələdiyyələr özünüidarə orqanı olduğu üçün onların büdcəsi əsasən fərdi
yaşayış evlərindən, ticarət obyektlərindən və çoxmərtəbəli binalardakı özəlləşdirilmiş
mənzillərdən əmlak və torpaq vergisinin yığılması hesabına formalaşdırılır.
Bu
sahədə də xeyli çətinliklər mövcuddur. Əhalinin yerli vergi ödənişi sahəsində
maarifləndirilməsi üçün müxtəlif tədbirlər görülür ki, bu da öz müsbət nəticələrini
verməkdədir. Bələdiyyə üzvləri və bələdiyyə aparatının işçiləri, vergi xidmətinin əməkdaşları  əhali ilə müntəzəm
görüşlər keçirir, bələdiyyənin gördüyü işlər barəsində hesabat verir, onların təklif
və məsləhətlərini dinləyir, problemlərini özlərinin arzuladığı formada həll etməyə
çalışır. Bələdiyyə üzvlərinin və bələdiyyə aparatı işçilərinin şəhər əhalisi arasında
apardığı təbliğat işlərinin
nəticəsində əhalinin bələdiyyəyə olan inamının
artmasının nəticəsidir ki,
 yığılan əmlak və torpaq vergisinin həcmi də artmaqdadır.

Hesabat dövründə bələdiyyə büdcəsinə daxil
olmuş vəsait şəhərin abadlığı, sosial quruculuğu məsələlərinə, imkansız və şəhid
ailələrinə, Qarabağ müharibəsi, Çernobıl əlillərinə və bələdiyyə icra
aparatının saxlanmasına xərclənmişdir.
Sosial Müdafiə və Sosial yönümlü işlər arasında, əlil,
qaçqın, şəhid və imkansız ailələr Bələdiyyənin daima diqqət mərkəzində
saxlanılır. Bu kateqoriyadan olan sakinlərin təmsil olunduqları cəmiyyətlərlə
(Qarabağ Müharibəsi əlilləri və şəhid ailələri, Çernobıl, Əfqanıstan müharibəsi
əlilləri, Böyük Vətən Müharibəsi Veteranları və s.) bələdiyyə arasında sıx əlaqələr
qurulub.
Bütün bayram və əlamətdar günlərdə tədbirlər keçirilir,
maddi yardım və bayram sovqatları paylanılır. Hər ay imkansız ailələrin və əlillərin
müraciətləri əsasında onlara maddi yardım verilir.  Bu
dövrdə vergi və rüsumların toplanmasında müəyyən irəlləyişlərə nail olsaq da hələ
əhalidən vergilərin toplanmasında müəyyən problemlərimiz qalmaqdadır

 Bələdiyyənin büdcə gəlirlərinə toxunan sədr görüşdə qeyd edib ki,
cari ilin 6 ayında yerli büdcəyə torpaq vergisi üzrə 3.450 manat, əmlak vergisi
üzrə 11.047 manat, bələdiyyə əmlakının özəlləşdirilməsindən daxil olan ödənişlər
üzrə 61.297 manat, bələdiyyə əmlakının icarə verilməsindən 2.217 manat ümumilikdə
isə bələdiyyənin büdcə gəlirləri 78.011 manat olmuşdur. 2025 – ci  ilin 6 ayında bələdiyyə xəzinəsindən bələdiyyə
icra aparatının saxlanmasına 32.215 manat, DƏDRX xidmətləri və büdcə
rüsumlarına 8.734 manat pul vəsaiti köçürülmüşdür.

Salyan RİH -in tövsiyəsinə uyğun olaraq şəhərinin abadlığı ilə əlaqədar
olaraq şəhərin ayrı-ayrı küçələrinin cari təmirinə 15.956 manat, şəhərin
abadlıq-quruculuq, yaşıllaşdırma işlərinə 
16.354 manat pul vəsaiti xərclənmişdir. Şəhid ailələrinə, Qarabağ
müharibəsi əlillərinə, bu kateqoriyadan olan imkansız vətəndaşlara 2965 manat
pul yardımı etmişdir.   

Görüşdə bələdiyyənin üzləşdiyi çətinliklərə toxunan sədr təssüflə
qeyd edib ki, indiyə qədər şəhər bələdiyyəsinin mülkiyyətinə verilmiş
torpaqların təsdiq olunmuş xəritəsi, əksər şəxsi evlərin şəhadətnamələri
yoxdur.  

Şəhərin təmizliyi də bələdiyyəmizin gündəlik məşğul olduğu məsələlərdəndir.
Rayon İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəliyi, rayon kommunal müəssisəsi
ilə birlikdə Kür çayı sahili ərazilər gündəlik zibillikdən təmizlənməsinə
baxmayaraq, bəzi vətəndaşlar tərəfindən Kür çayı sahilinə zibil tökülməsi davam
edir.  Bundan başqa RİH-i tərəfindən
ayrı-ayrı obyektlərin tikintisinə sərəncam verilərkən, obyektlərin 5 metr
raidusda təmiz saxlanması sahibkarlara tapşırılmasına baxmayaraq, həmin ərazilərin
ayrı-ayrı şəxslər tərəfindən zibillənməsi davam edir. Bu problemin həllində
rayonun  sanitar-epidomoloji mərkəzinin  də üzərində müəyyən məsuliyyət yükü düşür.  

 Görüşdə
bildirildi ki, şəhər qəbristanlığında RİH-in və şəhər bələdiyyəsi tərəfindən
mütəmadi olaraq abadlıq-təmir işləri aparılır. Qəbristanlıqda abadlıq işlərinin
görülməsi məqsədilə bələdiyyə tərəfindən oraya işçi-nəzarətçi təyin olunmasına
baxmayaraq  ayrı-ayrı vətəndaşlar qəbristanlıqda
mal-qara otarır, məişət tullantıları ilə zibilləyirlər ki, bu da dözülməz
haldır.

Qeyd
edildi ki, növbəti iclaslarında birində bu məsələnin ciddi şəkildə həll edilməsi
üşün konkret addımların atılması qərara alınıb.

Görüşdə
Əmlak Məslələri Dövlət Ximdətinin müvafiq qurumlarının bələdiyyənin müraciətlərinə
etinasınz yanaşması, həmçinin ghöndərilən 
bütün müraciətlrəin hər birinə demnək olar ki, imntina cavabı veriıməsi
həm də bələdiyyəni vətəndaşla üz üzə qoyur. Elə bir təəsürat yaranır ki, guya
bu  məsələlərə bələdiyyə problem yaradır.
Halbuki bələdiyyə  sakinnin qaldırdığı
problemin vaxtında həll edilməsi üçün var gücü ilə çalışır. Və bundan sonra da çalışacaqdır.
Hər halda bu günlərdə yeni imzalanmış qərarın icrası ilə  ilə bağlı keçiriləcək görüşlərdə bələdiyyələri
narahart edən hər bir məsələnin çözüləcəyi qərara alınıb.

Beləliklə,
iştirakçılarının hər biri, o cümlədən biz də  görüşdə öz təklif və tövsiyələrimizi verməyi unutmadıq.
Düşünmək olar ki, irəli sürülən hər bir təklif bələdiyyənin kollektivi tərəfindən
ciddi şəkildə müzakirə edilərək icra ediləcək.

Bundan
sonra bizə Salyan bələdiyyəsinə yalnız uğurlar arzulamaq qalır.

Vüqar Tofiqli 

Mənbə: Meneviyyat.Az/