GÜNDƏM

“Onlayn mediada bir yazı verilir, “yuxarı”dan zəng gəlir ki, bunu çıxart…”

“O, mənim üçüncü oğlumdur”.

Turkustan.az crossmedia.az-a istinadla xəbər verir ki, bunu 35 yaşı tamam olmuş “Ədalət” qəzetinin qurucusu vı ilk baş redaktoru Aqil Abbas deyib.

Milli Məclisin deputatı Aqil Abbas yubileylə bağlı bildirib:

“Uğurumun sirri işimi, qəzetimi sevməyimdədir. Mən qəzetçiyəm, jurnalistəm və peşəmi sevirəm. Başqa bir məsələ yoxdur. Qəzet mənə övladım kimidir. Övladlarımdan birinin 42 yaşı var, birinin 41. “Ədalət”in də 35 yaşı oldu. O, mənim üçüncü oğlumdur. Ümumiyyətlə, sevgi də mühüm amildir. Söhbət qadına olan sevgidən getmir. Söhbət Vətən, millət sevgisindən, işə olan sevgidən gedir və bütün sevgilər insana uğur gətirir”.

A. Abbas əlavə edib: “Gələcəyi ilə bağlı fikirlərim yoxdur. Peyğəmbər deyiləm. Amma qəzetlərin indiki vəziyyəti və ümumi gedişat göstərir ki, qəzetlər hazırda oxunmur. İnsanlar onlayn oxuyur. Onlayn xəbərçilik ictimai şüuru inkişaf etdirə bilməz. Qəzet qalacaq, yaşayacaq. Məsələn, onlayn mediada bir yazı verilir, “yuxarı”dan bir zəng gəlir ki, bunu çıxart. Məcbur qalıb çıxaracaqsan. Amma bunu qəzetə demək olmur. Çünki bilirlər ki, qəzetdə bu mümkün deyil”.









Mənbə: Turkustan.Az