DÜNYA

Tramp Avropanı külək turbinlərindən imtina etməyə çağırıb

ABŞ prezidenti Donald Tramp yenidən külək enerjisini tənqid edib, Avropanın külək enerjisi qurğularından imtina etməli olduğunu bildirib.

“Report”un məlumatına görə, o, bunu Şotlandiyanın paytaxtı Qlazqo şəhərində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, külək turbinləri “gözəl çölləri və vadiləri məhv edir və quşları öldürür”. “Siz öz ölkələrinizi məhv edirsiniz”, – deyə Tramp əlavə edib.

Prezident dəfələrlə külək enerjisinə qarşı çıxış edib. Əvvəllər o, “Trump Organisation” obyektlərinin yaxınlığında külək turbinlərini görmək istəmədiyini bildirib.

Qeyd edək ki, Trampın övladlarının idarə etdiyi şirkət əvvəllər ona məxsus olan Aberdinşirdəki (Şotlandiya) qolf klubunun yaxınlığında külək parkının tikilməsi ilə bağlı məhkəmə prosesini uduzub. İddiada turbinlərin qolf oyunçuları üçün mənzərəni korladığı bildirilirdi.

Şotlandiyaya səfəri zamanı Tramp Aberdinşirdəki qolf klubunu (rəsmi açılışı avqustun 13-nə planlaşdırılır – red.), həmçinin ailəsinə məxsus olan Ternberri yaxınlığındakı digər klubu ziyarət etməyi planlaşdırır.

Mənbə: Report.Az