Laporta: “Barselona” bu yay transfer etməyəcək
“Barselona”nın məşqçilər heyəti mövcud heyətdən razıdır və yaxın aylarda yeni transferlər gözləmir.
“Report” “Mundo Deportivo” nəşrinə istinadən xəbər verirki, bu barədə Kataloniya təmsilçisinin prezidenti Joan Laporta bildirib.
“Düşünürəm ki, bu yay yeni transferlər olmayacaq. Bizim yaxşı heyətimiz var və məşqçi əsas komandanı ehtiyatdan olan oyunçularla gücləndirmək istəyir. Buna görə də hazırda yeni sövdələşmələr gözləmirik”, – Laporta qeyd edib.
Xatırladaq ki, çərşənbə günü “Barselona” “Mançester Yunayted”dən Markus Reşfordun icarə əsasında transferini elan edib. 27 yaşlı futbolçunun satın alma opsiyasını əhatə edən icarə müqaviləsi 2025/26 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Reşforddan əlavə bu yay “Barselona” “Espanyol”dan 24 yaşlı qapıçı Joan Qarsiya və “Kopenhagen”dən 19 yaşlı hücumçu Runi Bardgini transfer edib.
Mənbə: Report.Az