Klublararası dünya çempionatında “Real”ın qazandığı mükafatın məbləği müəyyənləşib
ABŞ-də keçirilən klublararası dünya çempionatında “Real”ın qazandığı mükafatın məbləği müəyyənləşib.
“Report” “Marca”ya istinadən xəbər verir ki, futbolçular 280 min avro əldə ediblər.
Komanda qrupda iştiraka görə 50 min avro, pley-offa vəsiqə qazanmasına görə 80 min avro və yarımfinalda oynadıqları üçün 150 min avro qazanıb.
Qeyd edək ki, Madrid təmsilçisi yarımfinalda PSJ-yə (Fransa) məğlub olub – 0:4.
Mənbə: Report.Az