İDMAN

Klublararası dünya çempionatında “Real”ın qazandığı mükafatın məbləği müəyyənləşib

ABŞ-də keçirilən klublararası dünya çempionatında “Real”ın qazandığı mükafatın məbləği müəyyənləşib.

“Report” “Marca”ya istinadən xəbər verir ki, futbolçular 280 min avro əldə ediblər.

Komanda qrupda iştiraka görə 50 min avro, pley-offa vəsiqə qazanmasına görə 80 min avro və yarımfinalda oynadıqları üçün 150 min avro qazanıb.

Qeyd edək ki, Madrid təmsilçisi yarımfinalda PSJ-yə (Fransa) məğlub olub – 0:4.

Mənbə: Report.Az