SİYASƏT

Hikmət Hacıyev: Biz Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyalarını görürük

Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyaları görünür.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib.

O qeyd edib ki, artıq regiondakı yeni status-kvonu şübhə altına alan yeni cəhdlər var:

“Biz erməni cəmiyyətindəki revanşizmin yeni dalğasına qarşı çox diqqətli olmalıyıq. Görürük ki, artıq regionumuzdakı yeni status-kvonu şübhə altına alan yeni cəhdlər var. Biz yeni reallıqları sarsıtmaq tendensiyalarını və erməni gənclərinin yeni qarşıdurmalar və müharibələr üçün necə indoktrinasiya edildiyini görürük. Bu tamamilə qəbuledilməzdir. Buna görə də erməni hökuməti indi öz cəmiyyətinə diqqət yetirməlidir. Mən inanıram ki, konstitusiya dəyişikliyi bütün bunlara son qoymaq üçün vacib addım olacaq”.

Mənbə: Report.Az