GÜNDƏM

Erməniləri Qarabağdan qovmamışıq – Hikmət Hacıyev

Biz erməniləri Qarabağdan qovmamışıq.

Turkustan.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib.

“Onlar özləri getməyə qərar verdilər. İkincisi, Azərbaycan çox əhatəli reinteqrasiya modeli hazırlamışdı. Lakin ermənilər bu modelin bir hissəsi olmaqdan imtina etdilər.

Bu, Azərbaycan vətəndaşlığını qəbul etmək, Azərbaycanın sadiq vətəndaşı olmaq, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun yaşamaq demək idi. Azərbaycan vətəndaşı kimi yaşamaq istəyənlər üçün müvafiq prosedurlar var”, – Hikmət Hacıyev bildirib.









Mənbə: Turkustan.Az