ACF prezidentinin müşaviri: “Ümidvarıq ki, “Avropa Cüdo Ümidləri” turnirinin bir çox iştirakçısını millilərimizdə görəcəyik”
“Avropa Cüdo Ümidləri” beynəlxalq turnirində iştirak edən cüdoçuların bir çoxunu gələcəkdə millilərimizdə görə biləcəyik.
“Report” xəbər verir ki, bunu Bakıda keçirilən “Avropa Cüdo Ümidləri” beynəlxalq turniri çərçivəsində Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidentinin müşaviri Natiq Bağırov deyib.
O, beynəlxalq turnirin yeniyetmə cüdoçuların inkişafında əhəmiyyətli rol oynayacağını bildirib:
“Bu turnirdə 12 ölkədən 500-ə yaxın oğlan və qız cüdoçular inkişaf edir. Burada Azərbaycanın gələcək cüdoçuları yarışır. Gələcəkdə bizi mötəbər yarışlarda təmsil edəcəklər. Ümidvarıq ki, bu turnirdə iştirak edəcək cüdoçuların bir çoxunu gələcəkdə millilərimizdə görəcəyik”.
Mütəxəssis növbəti illərdə də bu turnirin növbəti illərdə də Azərbaycanda keçiriləcəyinə ümid edir.
“Bu ildən Avropa Cüdo İttifaqı 13 və 15 yaşadək cüdoçular arasında bu turniri təşkil etməyi qərara alıb. Əminik ki, turnirimiz gələn və növbəti illərdə də keçiriləcək. İnanıram ki, hər il onlarla ölkə təmsilçiləri gəlib bu yarışda iştirak edəcəklər”.
Qeyd edək ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirə iyulun 27-də yekun vurulacaq.
Mənbə: Report.Az