GÜNDƏM

“Sağlamlıq üçün tibbi təfəkkürün inkişafı” layihəsi çərçivəsində növbəti tədbir Salyanda keçirilib – FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin “Sağlamlıq üçün tibbi təfəkkürün inkişafı” layihəsi çərçivəsində növbəti tədbiri Salyan rayonunda 24 iyul tarixində keçirilib.

QHT.az xəbər verir ki, tədbiri Salyan rayon icra hakimiyyətinin şöbə müdirinin müavini Məhərrəm Məmmədov açaraq layihənin rayon əhalisi üçün kifayət qədər aktuallıq kəsb etdiyini qeyd edib.Daha sonra sözü Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Sveta Rəfiyeva verib. QHT sədri layihənin icrası üçün yaradılan şəraitə və göstərilən dəstəyə görə, hər kəsə təşəkkür edib.

Qeyd edək ki, tədbirə 50-yə yaxın rayon sakini qatılmışdı. Öncə tədbirdə iştirakçılarına 15 sualdan ibarət tibbi maarifləndirici test vərəqi paylanıldı. Ümumiyyətlə, layihədə irəli sürülmüş ideya, insanların sağlamlıq məsələləri ilə bağlı məlumatlandırılması işi auditoriyanın böyük marağına səbəb oldu. Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin sədri Sveta Rəfiyeva Sağlamlıq üçün tibbi təfəkkürün inkişafı məqsədilə hər bir iştirakçının üzərinə düşən məqamlara toxundu. Sağlamlıq və tibbi təfəkkürün inkişafı məqsədilə tövsiyə xarakterli fikirlərini bildirdi, auditoriyanın suallarını cavablandırdı.

Tədbirin sonunda testin nəticələri elan olunması ilə iştirakçılar öz sağlamlıq durumu haqqında məlumat əldə etdilər. Həmçinin tədbir iştirakçılarına əlavə test vərəqələri sonradan verildi ki, onlar da yaxınlarını, ailə üzvlərini, iş yoldaşlarını və digər şəxsləri tibbi test yoxlaşına cəlb etsinlər. İştirakçılar belə tədbirlərin mütəmadi olaraq keçirilməsi istəklərini dilə gətirdilər. Tədbirin sonunda xatirə şəkili çəkildi.









Mənbə: Turkustan.Az