Nigeriyada silahlılar pusqu quraraq 14 nəfəri öldürüb
Nigeriyada silahlı basqınçılar avtomobilə pusqu quraraq 14 sərnişini, o cümlədən qadın, uşaq və körpələri də öldürüblər.
“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Hadisə cümə axşamı avtomobil adamları məşhur Bokkos bazarından daşıdığı zaman baş verib.
Polis hadisə ilə bağlı açıqlama verməyib.
Mənbə: Report.Az