Keçmiş məcburi köçkün: Cəbrayılın işğaldan azad ediləcəyi günü gözləyirdik
“Cəbrayılın işğaldan azad ediləcəyi günü gözləyirdik”.
Bu sözləri “Report”a açıqlamasında bu gün Cəbrayıl şəhərinə qayıdan keçmiş məcburi köçkün Turabxanova Mehriban deyib.
Onun sözlərinə görə, artıq Qarabağda yeni həyat başlayır:
“Allah dövlətimizi, Ordumuzu qorusun. Bundan sonra doğma Qarabağımızda öz evimizdə yaşayacağıq. İlllər sonra bu yerlərə qayıtmaq mənim üçün bir möcüzədir”.
Mənbə: Report.Az