Vətəndaş səsi eşidilir, problemlər dinlənilir, həll yolları axtarılır
Vətəndaş səsi eşidilir, problemlər dinlənilir, həll yolları axtarılır
Sumqayıt şəhərində vətəndaş yönümlü idarəetmə fəlsəfəsi artıq konkret addımlarla həyata keçirilir.
Bələdiyyə sədri Adil Xudadatovun rəhbərliyi ilə vətəndaşların növbəti qəbul görüşü baş tutub.
Şəhərin müxtəlif ərazilərindən gələn sakinlər yol və küçələrin vəziyyəti, abadlıq, sosial dəstək, maddi yardım və infrastrukturla bağlı problemləri dilə gətirirlər. İştirak edən hər bir vətəndaşın fikri diqqətlə dinlənilir, bəzi məsələlərin həlli ilə bağlı dərhal aidiyyəti üzrə tapşırıqlar verilir.
Bu proses bir daha göstərir ki, Sumqayıtda idarəetmənin mərkəzində insan faktoru dayanır. Vətəndaşın rahatlığı, təhlükəsizliyi və rifahı əsas hədəfdir.
Hər görüş, hər fikir şəhərin gələcəyinə atılmış bir addımdır. Sumqayıtda dialoq var, qarşılıqlı etimad var, dəyişikliklərə iradə və istək var.
Bu açıq və şəffaf yanaşma gələcəkdə də davam edəcək.
Sumqayıt bələdiyyəsi
Mənbə: Meneviyyat.Az/