UEFA Konfrans Liqası: “Petrokub” – “Sabah” matçında birinci hissə başa çatıb – YENİLƏNİB
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Petrokub” (Moldova) – “Sabah” (Azərbaycan) matçında birinci hissə başa çatıb.
“Report” xəbər verir ki, Kişineudakı “Zimbru” stadionunda keçirilən görüşdə komandalar fasiləyə qolsuz bərabərliklə yollanıb.
Qarşılaşmanı israilli FIFA referisi Qal Leyboviç idarə edir.
21:00
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Petrokub” (Moldova) – “Sabah” (Azərbaycan) matçı start götürüb.
“Report” xəbər verir ki, görüş Kişineudakı “Zimbru” stadionunda keçirilir.
Qarşılaşmanı israilli FIFA referisi Qal Leyboviç idarə edir.
Mənbə: Report.Az