Telman Süleymanov: “Vergi xidmətinin səmərəli fəaliyyətinin nəticəsidir ki,..”
Telman Süleymanov: “Vergi xidmətinin səmərəli fəaliyyətinin nəticəsidir ki,..”
“Bu gün əsas
məqsədimiz BAMS-ın verdiyi imkandan tam şəkildə yararlanmağa çalışmaqdır”- bu
fikirləri Xəzər rayonu Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanov bildirib.
Sədr
bildirib ki, bələdiyyənin vergi xidmətinin rəhbəri Rizvan Rəhimov və vergi müfəttişləri
daim ərazidə
sakinlərlə
görüşlər keçirir, izahat xarakterli söhbətlər aparmaqdadır.
Bələdiyyədə yenilənmiş
BAMS proqramının yaratdığı imkandan istifadə etməyə çalışırlar. Məhz bu
addımların sayəsində əgər ötən ilin
birinci yarısında ümumuilikdə 60.122
manat büdcə gəlirımiz olmuşdusa, cari ilin müvafiq dövrü ilə müayisədə bu rəqəm
78.803 manatı keçib.
Ötən il üzrə
müvafiq olaraq 51.995 manatlıq əmlak və 8.126
manatlıq torpaq vergisi əldə edilmişdirsə, cari ildə 64.803 manatlıq əmlak və 14
min manatlıq torpaq vergisi əldə olunub.
Beləliklə,
BAMS-ın yaratdığı imkandan istifadə edərək bələdiyyənin cari ildə əmlak
vergisindən 24 faizlik artım, torpaq vergisindən isə 72 faizlik artım əldə
olunub.
Sədr qeyd
edib ki, vergi xidmətinin səmərəli fəaliyyətinin nəticəsidir ki, ümumilikdə büdcə gəlirində 31 faizlik artım
müşahidə olunub.
İnanırıq ki, ilin sonunadək büdcə gəlirində
artım bir qədərdə artacaqdır.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/