Nəsib İsmayılov: “Vergi borcu olan vətəndaşlarımızı icra şöbəsinə verməyə maraqlı deyilik “
Nəsib İsmayılov: “Vergi borcu olan vətəndaşlarımızı icra şöbəsinə verməyə maraqlı deyilik “
“Vətəndaşın müraciətinin bələdiyyəyə aidiyyəti olmasa da belə, “bunun bizə aidiyyəti yoxdur fikrini” onlara deyə bilmirəm”- bu sözləri Suraxanı rayonu Bülbülə bələdiyyəsinin sədri Nəsib İsmayılov bələdiyyə qulluqçuları olan – baş mühasib Afaq Cavadovanın, kargüzar Pərvanə Babayevanın, vergi agentləri Aynurə İbrahimova və Nigar Bağırovanın, habelə “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqlinin iştirakı ilə keçirilən görüşdə səsləndirib.
Sədr bidirib ki, hazırda bələdiyyənin 15 üzvü və 13 qulluqçusu var.
“Bələdiyyə “meydanına” gəldiyim ilk gündən əsas məqsədim ərazilərdə vətəndaşlarla görüşlər keçirərək yeni tərkibdə formalaşan bələdiyyəni vətəndaşlara tanıtmaq olub” – bu fikirləri də sədr qeyd edib.
Mütəmadi olaraq seçicilərlə görüşlərdə səslənən fikirlərin təhlil edilməsi, məsələlərin ən vaciblərinin bələdiyyə iclasında müzakirəyə çıxarılaraq bələdiyyədən asılı olanlarının sürətli şəkildə öz həllini tapması həqiqətən bələdiyyənin əsas fəaliyyət istiqamətlərindən biridir.
İstər şəhid ailələri ilə keçirilən görüşlərdə, istər səyyar görüşlərdə digər əsas bir məqsədimiz bələdiyyənin əvvəlki illərdə formalaşmış çəki və nüfuzunu artırmaqla, həm də büdcə gəlirlərinin yüksəldilməsinə söykənən maarifləndirici söhbətlər aparmaq olub.
Bu gün Bülbülə bələdiyyəsi əvvəlki illərdə formalaşmış ənənəni qoruyaraq onun daha da inkişaf etdirmək niyyətindədir.
Məhz bu səbəbdəndir ki, büdcə gəlirlərini ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artırmaq mümkün olub. Əgər ötən ilin müfaviq dövründə 69.392 manat büdcə gəliri olmuşdusa, cari ildə bu rəqəm artıq 84.060 manatı keçib. Ötən illərdə ay ərzində 6-8 min manat büdcə gəliri əldə edilirdisə, BAMS-ın Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya edildikdən sonra bu rəqəm ay ərzində 10 -12 min manat aralığında dəyişir. Yanvar ayı ərzində 11 min manat, fevral ayında 12 min, mart ayında 12.797, aprel ayında 17.740 manat, may ayında isə 16. 656 manat maliyyə vəsaiti toplanılıb.
Sədr etiraf edib ki, bu artıma kollektivin birgə səyi ilə nail olunub.
Sədr çıxışında qeyd edib ki, vergi borcu olan vətəndaşlarımızı icra şöbəsinə verməyə maraqlı deyilik. Hər bir vergi ödəyicisi bizim həm də seçicimizdir. Vergi şöbəsinin əməkdaşları borclu vətəndaşlarla mütəmadi olaraq görüşlər keçirərək izahat işləri aparır. Onlara hətta əldə olunan maliyyə vəsaitinin hara xərcləndyi izah edilir. Həyata keçirilməsi nəzərdə tutulan layhələr barədə də söhbət aparılır. Böyük əksəriyyət borclu vətəndaşlar məhz bu söhbətlərdən sonra borclarını məmnuniyyətlə ödəyirlər.
BAMS-ın Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya edilməsi bələdiyyənin büdcə gəlirlərinə ciddi şəkildə öz müsbət təsiri göstərməkdədir.
Hazırda qəsəbə ərazisində 6.711 təsərrüfat var ki, onun da 4.800 portala yerləşdirilib. Ərazidə olan əmlakın yalnız 2032- nin sənədi var. BAMS-in inteqrasiyası vasitəsi ilə il ərzində sistemdən 1.374 çıxarış əldə olunub ki, bu da büdcə gəlirlərinin artımına ciddi təsir edib.
Görüşdə bildirilib ki, ərazidə 2000- dən artıq sənədsiz əmlakın olması büdcə gəlirlərinə mənfi təsirini göstərməkdədir. Büdcə gəlirlərinin artırlması ilə bağlı SMS xidmətindən istifadə edildiyi qeyd edildi.
Lakin alqı-satqı zamanı bələdiyyənin vaxtında məlumatlandırılması nəticə etibari ilə büdcə gəlirlərinə də müsbət təsir göstərəcəkdir.
Görüşdə iştirak edən “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli qaldıdırılan məsələlərlə bağlı öz fikir və mülahizələrini bildirib.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/