İsrailli nazir Avropa-İran danışıqları ərəfəsində Parisə gedib
İsrailin strateji məsələlər naziri Ron Dermer cümə günü İstanbulda keçiriləcək “Avroüçlüyü” ilə İran arasındakı danışıqları müzakirə etmək üçün Parisə gəlib.
“Report”un “Al Arabia”ya istinadən verdiyi məlumata görə, bunu bir sıra mənbələr bildirib.
“Ron Dermer qarşıdakı danışıqları və İranın nüvə proqramını Fransa paytaxtındakı rəsmilərlə müzakirə edəcək”, – mənbə bildirib.
İran, Böyük Britaniya, Fransa və Almaniya iyulun 25-də İstanbulda nüvə proqramı ilə bağlı danışıqlar keçirəcəklər. Görüş xarici işlər nazirlərinin müavinləri səviyyəsində baş tutacaq.
Mənbə: Report.Az