DİASPOR

“Hekayə anlatıcılığı və insan psixologiyasına təsiri” mövzusunda maarifləndirici tədbir keçirilib

23 iyul 2025-ci il tarixində PR Point-in təşkilatçılığı və Zəhra Klinikasının sponsorluğu ilə “Hekayə anlatıcılığı və insan psixologiyasına təsiri” mövzusunda maarifləndirici tədbir baş tutub. Tədbirdə iştirakçılar hekayə anlatma sənətinin insan psixologiyası üzərindəki təsiri, emosional bağ qurmaq və effektiv mesaj ötürmək texnikaları ilə yaxından tanış olublar.

Tədbirin rəsmi açılışını PR Point Baku-nun təsisçisi və direktoru Aida Ramiz edib. O, çıxışında kommunikasiya sahəsində hekayələrin roluna toxunaraq bu cür təlimlərin peşəkar inkişaf və sahələrarası əməkdaşlıq üçün yaratdığı unikal imkanlardan bəhs edib.

Təlimin əsas spikerlərindən biri – brend kommunikasiyası və strateji PR sahəsində tanınmış ekspert, hekayə yazarı Serhat Doğan olub. O, auditoriya ilə hekayələrin strukturlaşdırılması, emosional təsir gücü daşıyan kommunikasiya metodları və bu yanaşmaların markalaşma prosesindəki rolu barədə dərin bilik və təcrübəsini bölüşüb.

Ardınca klinik psixoloq və PSYCH-K®️ facilitator Mirşahin Əlizadə çıxış edərək hekayələrin insan psixologiyası, xüsusilə emosional qərarvermə və yaddaş üzərindəki təsirlərinə diqqət çəkib. O, psixoloji kontekstdə təsirli mesaj ötürmənin yolları haqqında praktik tövsiyələr verib.

Tədbirin sonunda iştirakçılara rəsmi sertifikatlar təqdim olunub və gələcəkdə bu kimi aktual mövzularda yeni təlimlərin keçiriləcəyi elan edilib.

image-620a702b-6914-4b60-b233-a6511e946200 image-ff1a846a-b525-46e8-9ae0-897620698591 image-d4aff288-11aa-4ef9-a43f-c6abb1b861f4 image-3eb9434d-b315-4184-96d6-4dac7b977c85

Mənbə: Diaspornews.Az