Ermənistana təbii qaz təchizatı dayandırılacaq
Ermənistana təbii qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
“Report” erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Qazprom Ermənistan”ın məlumatında bildirilib.
“Gürcüstan ərazisində “Şimali Qafqaz – Cənubi Qafqaz” tranzit magistral qaz kəmərinin “Qazax-Saquramo” (DN 1000) hissəsində qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar olaraq 24 iyul saat 07:00-dan 26 iyul saat 19:00-dək Ermənistana təbii qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq”, – məlumatda qeyd olunub.
Bildirilib ki, qeyd olunan müddət ərzində daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü hesabına respublikanın istehlakçılarının qazla fasiləsiz və etibarlı təchizatı məhdudiyyətsiz həyata keçiriləcək.
Mənbə: Report.Az