BƏLƏDİYYƏ

İsrafil Hüseynov: ” Xalqımızın taleyində bu tarixi günün   oynadığı misilsiz rolu daim xatırlanır”

İsrafil Hüseynov: ” Xalqımızın taleyində bu tarixi günün   oynadığı misilsiz rolu daim xatırlanır”

“Ölkəmizin minillik dövlətçilik tarixində Heydər Əliyev dövrünün müstəsna yeri var”- bu fikirləri Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov bildirib. 

Sədrin sözlərinə görə, bu mənada, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır və  bundan sonra da xatırlanacaq.  Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.

Ölkəmizdə bələdiyyələrin formalaşması da məhz Ulu öndərin adı bağlıdır. Odur ki, hər bir bələdiyyə üzvü və qulluqçusu bələdiyyələrin inkişafına öz töhfəsini verməklə  hər daim  Ulu öndərə öz dərin hörmət və ehtiramını bildirir.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/