İran, Rusiya və Çin nümayəndələrinin görüşü keçirilib
Tehranda İran, Rusiya və Çin nümayəndələrinin üçtərəfli görüşü keçirilib.
“Report”un ISNA-ya istinadən məlumatına görə, danışıqların əsas mövzusu İranın nüvə proqramı və sanksiyaların aradan qaldırılması olub.
Tərəflər fəaliyyətlərin koordinasiyası üçün sıx məsləhətləşmələri davam etdirməkdə hökumətlərinin ciddi iradəsini vurğulayıblar və “yaxın həftələrdə” müxtəlif səviyyələrdə görüşlərin davam etdirilməsi barədə razılığa gəliblər.
Mənbə: Report.Az