BƏLƏDİYYƏ

Bu bələdiyyədə Milli Mətbuat Günü ilə bağlı görüş keçirilib

Bu bələdiyyədə Milli Mətbuat Günü ilə bağlı görüş keçirilib

Bu gün 22 iyul – Milli Mətbuat Günü münasibəti ilə Səbail bələdiyyəsində
görüş keçirilib.

Tədbirdə Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, sədr müavini
Səmədağa Aslanov, bələdiyyənin icra aparatının media sahəsinə  məsul əməkdaşları və Belediyye.info resursunun
təsisçisi Vüqar Tofiqli iştirak edib.

Tədbiri giriş sözü ilə açan Səbail bələdiyyəsinin sədri Hacı
Əliyev milli mətbuatımızın yaranmasının 150 illik yubileyi münasibətilə tədbir
iştirakçılarını təbrik edərək, ölkə mətbuatının keçdiyi şərəfli inkişaf
yolundan bəhs edib. Çıxşında  sədr media sahəsində on ildən artıq bir müddətdə
bələdiyyələrə xidmət edən Belediyye.info resursunun danılmaz rolu olduğunu da
qeyd etməyi unutmayıb. 

Sədr bildirib ki, dördüncü hakimiyyət hesab olunan media təmsilçiləri  milli şüurun formalaşmasında, xalqın maarifləndirilməsində
mühüm rol oynamaqdadırlar və  sözün gücü
ilə cəmiyyətə təsir göstərməkdədirlər.

Tədbirdə həmçinin vurğulanıb ki, ümummilli lider Heydər
Əliyev demokratik cəmiyyətin qurulmasında mətbuatın roluna xüsusi əhəmiyyət
vermiş, senzuranın ləğvi, KİV-lərin azad və müstəqil fəaliyyət göstərməsi üçün
geniş imkanlar yaratmışdır. Bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə
bu imkanları daha da genişlənməkdədir.

Natiqlər Səmədağa Aslanov, Manaf Talıbov və Vüqar
Tofiqli  çıxışlarında qeyd ediblər ki,
hazırda ölkədə mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin
sosial təminatının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən  mühüm addımlar atılır.

Sonda Vüqar Tofiqli Səbail bələdiyyəsinin bu addımını təqdirəlayiq
bir addım kimi qiymətləndirmiş, medianın inkişafı yolunda Səbail bələdiyyəsinin
atdığı addımları məqbul sayaraq, rayonda bələdiyyə-vətəndaş münasibətlərinin tənzimlənməsində
əvəzsiz rolunu  xüsusilə qeyd etmişdir.

Rəsmi hissədən sonra görüş çay süfrəsi arxasında davam edib.
Görüşün sonunda xatirə şəkli çəkilib.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/