DÜNYA

“Baza”nın baş redaktoru rüşvət verməkdə ittiham olunur – YENİLƏNİB

Rusiyanın “Baza” “Telegram” kanalının baş redaktoru Qleb Trifonov barəsində rüşvətlə bağlı üç epizodda ittiham olunur.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə müstəntiq bildirib.

12:59

Rusiyanın “Baza” teleqram kanalının baş redaktoru Qleb Trifonov və kanalın prodüseri Tatyana Lukyanova üçün 12 ilədək azadlıqdan məhrumetmə təhlükəsi var, onlar qrup şəklində böyük məbləğdə rüşvət verməkdə ittiham olunurlar.

“Report” xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Q.Trifonova Rusiya Cinayət Məcəlləsinin 291-ci maddəsinin 4-cü hissəsi (vəzifəli şəxslərə rüşvət vermə) ilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyası 1 milyondan 3 milyon rubladək cərimə, 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə və digər cəzaları nəzərdə tutur.

“Baza”nın prodüseri T.Lukyanovaya da oxşar ittiham irəli sürülüb. Q.Trifonov və T.Lukyanova günahlarını qəbul etmirlər.

Mənbə: Report.Az