Asif Həşimov: “Əmlak və torpaq vergisinin həcmini 2.2 dəfə artıra bilsəkdə…”
Asif Həşimov: “Əmlak və torpaq vergisinin həcmini 2.2 dəfə artıra bilsəkdə…”
“Qəbələ rayonu Vəndam bələdiyyəsinin
2025-ci ilin I yarımili üzrə gəlir məlumatları açıqlanıb. Açıqlanan
statistikaya görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ümumi büdcə gəlirlərində
62.76% azalma müşahidə olunub. 2024-cü ilin ilk altı ayında 92.253 manat gəlir
qeydə alınmışdısa, 2025-ci ildə bu göstərici 34.350 manat təşkil edib”- bu
fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Asif Həşimov bildirib.
Cari ilin altı ayı ərzində torpaq və əmlak
vergisində ciddi artım qeydə alınıb. Torpaq vergisi 2024-cü ilin eyni dövrü ilə
müqayisədə 110%, əmlak vergisi isə 154% artıb. Beləliklə, bu iki sahədə 2.2 dəfədən
çox artım müşahidə olunur.
Bununla yanaşı, icarə gəlirlərində 89%
azalma baş verib. Bu, 2024-cü ilin əvvəllərində ödənilmiş əvvəlki ilin icarə
haqları və borcları ilə bağlıdır. Həmin dövrdə həm əvvəlki, həm də cari ilin ödənişləri
birlikdə daxil olduğu üçün göstəricilər yüksək olmuşdu.
Ən kəskin azalma özəlləşdirmə sahəsində baş
verib. Belə ki, ötən ilin sentyabr ayından etibarən bələdiyyə mülkiyyətinin özəlləşdirilməsi
prosesi dayandırıldığından bu sahədən gəlir daxil olmayıb.
Stasionar ödəmələrdə isə 101% artım qeydə
alınıb. Bu, “məişət tullantılarının daşınması” prosesinin genişləndirilməsi ilə
izah olunur.
Bütövlükdə prosesi təhlil etsək görərik ki,
özəlləşdirmə sahəsində gəlirlər daxil olmadığından və icarə haqlarındakı fərqliliklər
səbəbi ilə 2025-ci ilin ilk yarımilində ümumi gəlir ötən illə müqayisədə əhəmiyyətli
dərəcədə azalıb.
Ancaq bələdiyyənin vergi xidmətinin gördüyü
işlər nəticəsində bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən
daxil olan vəsait istisna olmaqla bələdiyyənin
büdcəsinin gəlirlərinin 47%-dən çox artıb.
Sədr
ilin sonunadək bələdiyyə büdcəsində yaranmış kəsirin aradan
qaldırılacağıına ümid etdiyini bildirib.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/