İDMAN

“Neftçi” rumıniyalı müdafiəçini transfer edib

“Neftçi” futbol klubu növbəti transferini həyata keçirib.

“Report” paytaxt klubunun açıqlamasına istinadən xəbər verir ki, rumıniyalı sağ cinah müdafiəçisi Kristian Kostin bundan sonra “ağ-qaralar”ın şərəfini qoruyacaq.

27 yaşlı futbolçu ilə 1+1 illik müqavilə bağlanıb.

Bunadək yalnız vətənində çıxış etmiş Kostinin sonuncu klubu “Dinamo” (Buxarest) olub.

O, bir neçə mövqedə oynamağı bacaran universal futbolçudur.

Mənbə: Report.Az