BƏLƏDİYYƏ

İsrafil Hüseynov: “Vergilərin vaxtında ödənilməsi sakinlərin problemlərinin həlli  deməkdir”

İsrafil Hüseynov:Vergilərin vaxtında ödənilməsi sakinlərin problemlərinin həlli  deməkdir”

Xəzər
rayonu,  
Buzovna bələdiyyəsi
olaraq bu gün seçicilərimizə
verdiyimiz sözü tutmaq üçün ciddi şəkildə çalışır və qəsəbədə abadlıq-quruculuq
işlərinə töhfəmizi verməyə çalışırıq”
– bu fikirləri Belediyye.infoya
adıçəkilən bələdiyyənin sədri İsrafil Hüseynov deyib.

Sədr
qeyd edib ki, bələdiyyə iclasında təsdiq edilmiş starteji iş plana uyğun olaraq
qəsəbənin
Çingiz Mustafayev küçəsi, döngə 8-də 870
kv.metr yeni asfalt örtüyü çəkilmişdir. Bundan əvvəl isə   qəsəbənin  Ayna Sultanova küçəsində əvvəllər asfalt
vurulmamış  435 kv.metrlik əraziyə asfalt
vurulmuşdur.

Sədr
qeyd edib ki, ilin sonundək maliyyə imkanları çərçivəsində daha bir neçə küçədə
ciddi layihələrin icrasını təmin etmək niyyətindəyik.  Sözsüz ki, fəaliyyətimizdə həm bələdiyyə üzvləri
və kollektivlə yanaşı, qəsəbə sakinləri də  könüllü olaraq öz dəstəyini göstərirlər.

Bir çox
layihələrin icrasını Xəzər RİH-in dəstəyi ilə icra edildiyi qeyd edən sədr
bildirib ki, məqsədimiz dəyişməzdir-  “qəsəbədə
vətəndaş məmnunluğunun təmin edilməsidir.”

Sədr
sonda sakinlərə müraciət etməyi də unutmadı:

“Hörmətli
sakinlər!

Vergiləri
vaxtında ödəməklə siz həm də problemlərinizin həllini sürətləndirmiş olursunuz.
Odur ki, vergilərinizi ödəməyi ertələməyin, vaxtında ödəyin.”

Belediyye.info

Mənbə: Meneviyyat.Az/