Həqiqət Məmmədova: “Əsas məqsədimiz seçicilərimizə verdiyimiz sözü tutmaqla qəsəbədə vətəndaş məmnunluğunu təmin etməkdir”
Həqiqət Məmmədova: “Əsas məqsədimiz seçicilərimizə
verdiyimiz sözü tutmaqla qəsəbədə vətəndaş məmnunluğunu təmin etməkdir”
“2025-ci ildə müsbət nəticəyə doğru çalışdığımız yeni fəaliyyət
dövrümüzün birinci yarımili ərzində bələdiyyənin
kargüzarlıq işi qanunvericiliyə uyğun qaydada təşkil olunmuş və vətəndaşların
müraciətlərinə şəffaflıq prinsipi çərçivəsində baxılmışdır”- bu fikirləri
Belediyye.infoya Suraxanı rayonu Yeni Suraxanı bələdiyyəsinin sədri Həqiqət Məmmədova
bildirib.
Sədr bununla bağlı bildirib ki, Yeni Suraxanı bələdiyyəsinin ünvanına 2025-ci
ilin yarımili ərzində 83 ədəd məktub
daxil olmuşdur. Bunlardan; 15 ədədi Suraxanı Rayon İcra Hakimiyyətindən, 22 ədədi Ədliyyə Nazirliyi Bələdiyyələrlə
iş Baş idarəsindən, 46 ədədi isə digər
idarə və
2025-ci ilin yarımili ərzində 117 ədəd məktub göndərilmişdir. Bunlardan,
5 ədədi Suraxanı Rayon İcra Hakimiyyətinə, 14 ədədi Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş
Baş idarəsinə, 98 ədədi isə digər idarə
və təşkilatlara ünvanlanıb. Altı ay ərzində
bələdiyyə rəhbərliyi tərəfindən
16 daxili əmr imzalanmış və bu müddət ərzində mürciət edən 197 vətəndaşa
müxtəlif məzmunlu arayış təqdim edilmişdir.
Sədr daha sonra qeyd edib ki, bələdiyyə üzvlərinin 2025-ci
ilin yarımili ərzində 20 iclası keçirilmişdir. Bu iclaslarda ümumilikdə, 20
müxtəlif məsələ müzakirə edilmiş, hər biri haqqında müvafiq qərar qəbul
edilmişdir. İclaslarda bələdiyyə üzvləri tam aktivlik göstərərək bütün məsələlərin
müzakirəsində yaxından iştirak etmişlər. İclasın protokolları qanuna müvafiq
olaraq, inzibati-nəzarət qaydasında baxılması üçün Ədliyyə Nazirliyi Bələdiyyələrlə
iş Baş idarəsinə göndərilmişdir.
Bələdiyyənin büdcə gəlirlərinə toxunan sədr bildirib ki,
Yeni Suraxanı bələdiyyəsinin büdcə gəlirləri
altı ay ərzində 41.069 manat olmuşdur ki, ondan; 4.157
manat torpaq vergisi, 36.912 manat əmlak vergisi təşkil etmişdir. Cari ilin altı ayı ərzində əldə
edilən büdcə gəliri ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz artıq deməkdir.
Sədr sonda qeyd edib ki, əsas məqsədimiz seçicilərimizə
verdiyimiz sözü tutmaqla qəsəbədə vətəndaş məmnunluğunu təmin etməkdir.
İnanırıq ki, Suraxanı RİH-in və qəsəbə sakinlərinin dəstəyi ilə qarşımıza
qoyduğumuz məqsədə çatacağıq.
Həqiqət Məmmədova
Suraxanı rayonu Yeni Suraxanı bələdiyyəsinin sədri
Mənbə: Meneviyyat.Az/