DÜNYA

Fransa XİN başçısı mətbuatın Qəzzaya girişinə icazə verilməsinə çağırıb

İsrail xarici mətbuatın Qəzza zolağına girişinə icazə verməyi nəzərdən keçirməlidir.

“Report” xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro “France Inter” radiostansiyasına müsahibəsində bildirib.

“Mən Qəzzada baş verənləri göstərmək üçün azad və müstəqil mətbuatın anklava girişinə icazə verilməsini xahiş edirəm”, – o qeyd edib.

Mənbə: Report.Az