BƏLƏDİYYƏ

Ağdam rayonunda fəaliyyət göstərən bələdiyyələrin sədrləri və üzvləri üçün praktik təlim keçirilib

Ağdam rayonunda fəaliyyət göstərən bələdiyyələrin sədrləri və üzvləri üçün praktik təlim keçirilib

Ədliyyə Nazirliyinin Qarabağ regional ədliyyə idarəsi tərəfindən Ağdam rayonunda fəaliyyət göstərən bələdiyyələrin sədrləri və üzvləri üçün Xındırıstan bələdiyyəsinin binasında praktik təlim təşkil edilib.

Tədbirdə Qarabağ regional ədliyyə idarəsinin rəis müavini Yəhya Məmmədov Ağdam bələdiyyələri tərəfindən yerli vergi və ödənişlərin məcburi qaydada ödənilməsinin təmin edilməsi, bu məqsədlə Ağdam rayon İcra və probasiya şöbəsinə müraciət edilməsi barədə danışıb, ödənişlərin izlənməsi üzrə sənəd nümunələri təqdim edib.

Təlim zamanı seçilmiş işlər üzrə təcrübə mübadiləsi təşkil edilib, müvafiq sənədlərin tətbiqi üzrə praktik məşğələ keçirilib. Təlimdə iştirak edən bələdiyyə nümayəndələri sənəd nümunələri ilə tanış olub, onların doldurulması və təqdim edilməsi ilə bağlı praktiki bacarıqlar əldə etməyə çalışıb, real təcrübələrə əsaslanan müxtəlif halları müzakirə edərək öz təcrübələrini bölüşüb və əməli məsləhətlər alıblar.

Təlim zamanı “İcra haqqında”, “İnzibati icraat haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunları, habelə əlaqədar qanunaltı normativ hüquqi aktların ayrı-ayrı müddəaları müzakirə olunub, tədbir iştirakçılarına əyani vəsait təqdim edilib.

https://belediyye.gov.az/news/agg

Mənbə: Meneviyyat.Az/