ABŞ və Çin ticarət üzrə mövcud sazişlərin uzadılmasını müzakirə edəcəklər
ABŞ və Çin gələn həftənin əvvəlində Stokholmda iki ölkə arasında mövcud ticarət sazişlərinin uzadılmasını müzakirə edəcəklər.
“Report”un məlumatına görə, bu barədə “Fox Business” telekanalına müsahibəsində ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.
“Çinlə sazişin müddəti 12 avqustda başa çatır. Mən gələn həftənin əvvəlində Stokholmda çinli həmkarlarımla bərabər olacam və onun müddətinin uzadılması üzərində işləyəcəm”, – o qeyd edib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Çin məhsullarına tariflərini 125 %-ə qədər artırıb.
Mənbə: Report.Az