Şabran şəhər Samir Zülfüqarov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində “Son zəng” tədbiri keçirildi!
Şabran şəhər Samir Zülfüqarov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində “Son zəng” tədbiri keçirildi!
Şabran şəhər Samir Zülfüqarov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində “Son zəng” tədbiri keçirildi!
Ənənəvi olaraq hər il təşkil olunan və məzunlar üçün həyatlarının unudulmaz anlarından biri olan “Son zəng” tədbiri bu il də Şabran şəhər 3 nömrəli tam orta məktəbində təntənəli şəkildə qeyd olundu.
Tədbirdə Şabran Bələdiyyəsinin sədri Fidan Fərzəliyeva, Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədr müavini Cavani Babayev, şəhid valideynləri, müəllimlər, valideynlər və digər dəyərli qonaqlar iştirak etdilər.
Tədbir zamanı çıxış edənlər məzunları bu əlamətdar gün münasibətilə təbrik etdi, onlara gələcək həyat yollarında uğurlar arzuladılar. Bildirildi ki, bu gün məktəbdə çalınan son zəng yeni başlanğıcların, yeni imkanların xəbərçisidir. Təhsil aldıqları illər ərzində qazandıqları bilik və bacarıqlar onlara gələcək həyatlarında möhkəm dayaq olacaqdır.
Xüsusi vurğulandı ki, tədbirdə şəhid valideynlərinin iştirakı gənclər üçün həm böyük bir şərəf, həm də məsuliyyətdir. Məzunlar şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək onların qoyub getdiyi mirasa sahib çıxacaqlarını, Vətənə layiqli övlad olacaqlarını ifadə etdilər.
Tədbir şagirdlərin duyğulu çıxışları, musiqi nömrələri, maraqlı təqdimatlar və səmimi anlarla yadda qaldı. Müəllimlər, valideynlər və məktəb rəhbərliyi bu günün sevincini birgə bölüşərək məzunlarla fəxr etdiklərini bildirdilər.
Şabran Bələdiyyəsi olaraq bütün məzunlarımızı ürəkdən təbrik edir, onlara gələcək həyatlarında uğurlar, güclü iradə, sağlam yol və aydın hədəflər arzulayırıq!
Mənbə: Meneviyyat.Az/