Gəncəsər monastırında erməni saxtakarlığı
İşğal müddətində erməni vandalizminin qurbanı olan abidələrimizdən biri də Ağdərə rayonunun Vəngli kəndində yerləşən Gəncəsər monastır kompleksi olmuşdur. Ermənilər kompleksin xarici görkəmini dəyişdiməklə saxtarkarlığa əl atmışdılar. Həmçinin ermənilər burada qondarma tarixi kitabları saxlayırdılar. Diaspornews.az xəbər verir ki, bir azərbaycanlı turisitin monstırdan sosial şəbəkələrdə yaydığı video erməni saxtakarlığını bir daha sübut edir: “İşğal zamanı kitabların üzərində video müşahidə sistemi quraşdırılmışdı. Bu kitablara toxunmaq qadağan idi, çünki siqnalizasiya sisteminə qoşulmuşdular, lakin indi açmaq və incələmək mümkündür. Kitablardan biri XIII əsrə aid ermənilərin tarixi və mədəniyyətinə həsr olunub. Lakin içərisində yalnız ön və ortada bir yazılı vərəq var. Digər bütün səhifələr boşdur. Doğrudan da, ermənilərin təqdim etdiyi tarix və mədəniyyət kimi, bu kitablar da tamamilə boşdur. Heç bir məzmun yoxdur. Digər bütün kitabların səhifələri də boşdur. Yəni onların nümayiş etdirdiyi tarix və mədəniyyət, bu boş kitablar kimi, saxtadır”.
Mənbə: Diaspornews.Az