Bələdiyyədə qaliblərlə görüş keçirilib
Bələdiyyədə qaliblərlə görüş keçirilib
Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilən U-17 Avropa çempionatında 48kq çəkidə finalda erməni idmançıya qalib gələrək qızıl medal qazanan, Binəqədi rayonu Xocəsən qəsəbəsi, 217 saylı tam orta məktəbin şagirdi Rəvan Həsənzadə və elə həmin şəhərdə U-15 Avropa çempionatında 2-ci yer tutaraq gümüş medalla təltif olunmuş Xocəsən qəsəbəsi 103 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Əmrah Hüseynovla Binəqədi rayonu Xocəsən bələdiyyəsində görüş keçirilmişdir.
Xocəsən bələdiyyəsinin sədri Nigar Məmmədova gənc idmançıları təbrik edərək, yeni-yeni beynəlxalq uğurlar arzu etdi. N. Məmmədova bildirdi ki, idmançılar tərəfindən qazanılan uğurlar dövlətin idman siyasətinin tam doğulduğunun nəticəsidir.
Görüşdə iştirak edən Əmrah Hüseynovun valideyini Tamara xanım Ölkə Prezidenti İlham Əliyevə idman sahəsinə verdiyi dəstəyə görə təşəkkürünü bildirdi. Görüşün sonunda gənc idmançılarla xatirə şəkili çəkildi və idmançılara mükafatlar təqdim edildi.
Xocasən bələdiyyəsi
Mənbə: Meneviyyat.Az/