BƏLƏDİYYƏ

Bələdiyyə sədri: “Sakinləri kəndin təmizliyini qorumağa çağırır və bunu bir ənənəyə çevirmək arzusundayıq”

Bələdiyyə sədri: “Sakinləri kəndin təmizliyini qorumağa çağırır və bunu bir ənənəyə çevirmək arzusundayıq”

“Bələdiyyə tərəfindən məişət tullantılarının daşınması və utilizasiyası ilə bağlı bir sıra tədbirlər görülür”- bu fikirləri Belediyye.infoya Quba rayonu Kupçal-Dağlı bələdiyyəsinin sədri Natiq Bəkmirzəyev deyib.

Sədr qeyd edib ki, bələdiyyə iclasının qərar ilə bələdiyyə tərəfindən bir ədəd özüboşaldan yük avtomobili alınaraq mütəmadi olaraq müəyyən olunmuş yerlərdə toplanmış məişət tullantıları poliqona daşınaraq zərərsizləşdirilir.  Kəndlərimizin daha da gözəlləşməsi və təmiz saxlanılması üçün zibil və tullantıların müəyyən edilmiş yerlərə atılmasını sakinlərdən xahiş edirik. 

Sədr sonda qeyd edib  ki, göstərilən xidmət səviyyəsi və xidmət şəbəkəsinin artılırması üçün sakinlərimizi məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi üçün müəyyən olunmuş  rüsümları ödəməyə dəvət edirik.

Sakinləri kəndin təmizliyini qorumağa çağırır və bunu bir ənənəyə çevirmək arzusundayıq.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/