Səyyar görüşün yaratdığı suallar
Səyyar görüşün yaratdığı suallar
Dünən,
yəni 18 iyul 2025-ci il tarixində hörmətli Xızı RİH başçısı Xəzər Aslanov növbəti
səyyar qəbulunu Fındığan kənd sakinləri ilə keçirib.
İcra
başçısı Xəzər Aslanov kənd sakinlərini narahat edən problemləri dinlədikdən
sonra hər bir təklif və şikayətlə bağlı müvafiq qurumlara tapşırıqlar verib.
Bunu RİH öz resursunda paylaşıb.
Səyyar
qəbulla bağlı yaranan suallar:
1)
Birincisi səyyar görüşlə bağlı belə şəklin paylaşılması həm məntiqi, həm də
etik cəhətdən düzgün deyil. Şəkilə diqqətlə baxan olsa fikrimin hansı məna daşıdıgını görə bilər. Onu paylaşan RİH
rəsmisinin belə məqama diqqətsiz yanaşması yolverilməzdir və məqbul sayıla bilməz.
2)
İkincisi, sual olunur səyyar görüşə icra başçısı niyə tək gedir? Rayonda hüquq
– mühafizə orqanlarıın, YAP-ın rayon təşkilatının rəhbərləri olduğu halda, icra
başçısı onlardan birini niyə özü ilə aparmayıb. Digər rayon başçılarının sakinlərlə görüşə tək getdiyinin şahidi olan
varsa yazsın, xahiş edirəm.
3)
Maraqlıdır, görüşdə iştirak edən
“müvafiq qurumlara tapşırıqlar verilib” dedikdə hansı qurumlar nəzərdə tutulub, bilən
varmı?
4)
Əlavə edim ki, icra başçısının səyyar görüşə getdiyi kəndin nümayəndəliyində bu
gün bir adam çalışmır, sakin bir arayışdan ötrü RİH-lə kəndin arasında əsir
yesir olursa, rayonda təmin edilməli olan vətəndaş məmnunluğu budurmu? Nə isə….
Düşünürəm
ki, Xızı RİH-də əgər çalışan varsa, burda qaldırılan suallara bir aydınlıq gətirilər.
(RİH-lərlə
bağlı araşdırmalarım davam edir)
Belediyye.info
Mənbə: Meneviyyat.Az/