Sədr: “Əmircan bələdiyyəsində vergi-uçot sistemi, demək olar ki, yox səviyyəsində olub”
Sədr: “Əmircan bələdiyyəsində vergi-uçot sistemi, demək olar ki, yox səviyyəsində olub”
“Bu vəziyyət bizi heç cür bizi qane etmir. Hazırda bələdiyyədə vergi-uçot sistemi yenidən formalaşdırılır”- bu fikirləri Suraxanı rayonu, Əmircan bələdiyyəsinin sədri Emil Yusifov bildirib.
Sədrin sözlərinə görə, bələdiyyənin bu günədək yığlıb qalmış DSMF və digər borclarının bağlanması, habelə seçicilərinə verdikləri sözü yerinə yetirməsi üçün əsas diqqət bu gün bələdiyyə büdcəsinə maliyyə vəsaitinin cəlb edilməsinə yönəldilib.
Bunun üçün ilk növbədə atdığım addım isə bələdiyyədə struktur dəyişikliyi etməklə yanaşı, həmdə vergi müffətişlərinin əmək haqqlarının artırılması olub.
Bələdiyyənin inkişafı əsasən vergilərin yığılmasından çox asılıdır. Bu gün vergi müffətişləri mütəmadi olaraq sakinlərlə görüş keçirərək, həm bildirişləri paylayır, həm də vergi mədəniyyəti və ödənişlərinin vaxtında ödənilməsinin əhəmiyyəti izah olunur.
Sözsüz ki, bu gün BAMS-ın verdiyi imknlardan da istifadə etməyimiz büdcə gəlirlərinə öz təsiri göstərməkdədir. Məhz bu səbəblər nəticəsində ötən ilin aprel-may ayına nisbətdə cari ilə büdcə gəlirlərində 30 faizlik artım müşahidə olunub.
Bu gün Əmircan bələdiyyəsində vergi-uçot sistemi demək olar ki, yox vəziyyətində olması fəaliyyətimizə çox ciddi əngəllər yaradır. Lakin kollektiv bütün qüvvələri səfərbər edərək qarşılaşdıqları çətinliklərin öhdəsindən gəlmək niyyətindədir. Biz buna inanrıq.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/