GÜNDƏM

Rusiyanın Azərbaycanla bağlı strateji səhvi nədə oldu?

Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı danışıqlar aparmaq istəməməsi Moskvanı beynəlxalq nüfuzdan, enerji bazarlarından və müttəfiqlərindən məhrum edən strateji səhvə aparır.

Bu barədə “Vaşinqton Post” məlumat yayıb.

Məlumata görə, Putinin ələ keçirdiyi əraziləri saxlamaq və Ukraynanı NATO-ya buraxmamaq istəyi maraqların rasional müdafiəsi deyil, Ukraynanın Belarus kimi müti olmamasının qisasıdır:

“Əvvəllər, müharibədən öncə Rusiya Ukraynaya daha çox təsir edirdisə, indi Moskva həm Avrasiyada, həm də dünyada mövqeyini itirir. İqtisadiyyat Çindən asılı vəziyyətə düşüb, ticarət imkanları daralıb, Qazaxıstan, Ermənistan və Azərbaycan kimi tərəfdaşlar uzaqlaşır”./yenisabah.az









Mənbə: Turkustan.Az