DÜNYA

Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb

Dağıstanın Qunibski rayonunda yol qəzası nəticəsində 18-i uşaq olmaqla 21 nəfər xəsarət alıb.

“Report”un xəbərinə görə, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, biri uşaq olmaqla 3 nəfər ağır yaralanıb. Xəsarət alanların hamısına tibbi yardım göstərilir, onlar Günib Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yaralıların tibbi helikopterlə Mahaçqaladakı xəstəxanalara çatdırılması təşkil edilir. Onların müalicəsi Dağıstanın səhiyyə naziri Yaroslav Qlazovun nəzarətindədir. Qəza ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Mənbə: Report.Az