BƏLƏDİYYƏ

Bələdiyyə sədri: “Cari ilin altı ayı ərzində əmlak vergisinin həcmini 11 faiz artırmağa nail olmuşuq”

Bələdiyyə sədri: “Cari ilin altı ayı ərzində əmlak vergisinin həcmini 11 faiz artırmağa nail olmuşuq”

“Cari ilin altı ayı ərzində ümumi büdcə gəlirlərində azalma
müşahidə edilsə də, əmlak və torpaq vergisinin yığımında 11 faizlik irəliləyişə
nail olmuşuq”- bu fikirləri Zaqatala rayonu Muxax bələdiyyəsinin sədri Elvin
Yusubov deyib.

Sədr qeyd edib ki, ötən ilin altı ayı ərzində 3.844 manata
qarşı, cari ildə 4.274 manat əmlak vergisi, 
8.924 manat qarşı, cari ildə 9.889 manat torpaq vergisi əldə edilib.

Bu gün bələdiyyə BAMS-ın verdiyi imkandan tam yararlanmağa
çalışır. Yenilənmiş BAMS sisteminin Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat
sisteminə inteqrasiya edilməsi büdcə gəlirlərinə müəyyən mənada öz müsbət təsirini
göstərməkdədir. Bu günlərdə tətbiq edilən SMS sistemi də büdcə gəlirlərinin
artımına öz müsbət təsirini göstərməkdədir.

Hazırda bələdiyyənin vergi xidmətinin əsas məqsədi büdcə gəlirlərini
artırmaqla kənddə vətəndaş məmnunluğunu təmin edilməsinə çalışmaqdır.

Cari ildə əsas diqqəti vergi yığımına yönəltməklə büdcə  gəlirlərində hiss olunan geriliyi aradan
qaldırmaq niyyətindəyik.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/