“Braqa” PSJ-nin oyunçusunu icarələyib
Fransa təmsilçisi PSJ yarımmüdafiəçisi Qabriel Moskardonu icarə əsasında Portuqaliyanın “Braqa” klubuna göndərib.
“Report” xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı futbolçu 2025/2026 mövsümünü “Braqa”nın heyətində keçirəcək.
Qeyd edək ki, Moskardo PSJ-yə 2024-cü ildə “Korintians”dan (Braziliya) keçib. Həmin vaxtdan oyunçu parislilərin heyətində debüt etməyib və icarə əsasında Fransanın “Reyms” klubunda çıxış edib.
Mənbə: Report.Az