Prezident Fərman imzaladı
Prezident Fərman imzaladı
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Bələdiyyələrin
statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə
torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər
haqqında” və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq
edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi
haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 224-VIIQD nömrəli
Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu
il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
11 iyul 2025, 11:40
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində,
“Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları
haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə)
vergilər və ödənişlər haqqında” və “Bələdiyyələrin vergi xidməti orqanı
haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci
il 24 iyun tarixli 224-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin
Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
Müəyyən edilsin ki:
1.1. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan
Respublikası Qanununun
10-2.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata
keçirir;
1.2. həmin Qanunun 10-2.3-cü maddəsində “orqan (qurum)”
dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bu Fərmanın 4.2-ci bəndi nəzərə alınmaqla, “Bələdiyyələrin
statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-2.3-cü maddəsinə uyğun
olaraq, bələdiyyələrin vahid informasiya sisteminə (bundan sonra – Sistem)
ötürüləcək və Sistemdən əldə ediləcək məlumatların dairəsini iki ay müddətində
müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Bələdiyyələrin
statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə
torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər
haqqında” və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq
edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi
haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 224-VIIQD nömrəli
Qanunundan irəli gələn digər məsələləri həll etsin.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi:
3.1. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya
Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə, “Bələdiyyələrin statusu haqqında”
Azərbaycan Respublikası Qanununun 10-2.1-ci maddəsi nəzərə alınmaqla, “Dövlət
informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması,
inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron
hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanından irəli gələn tədbirlərin
həyata keçirilməsini təmin etsin;
3.2. Sistemin “Hökumət buludu”nda yerləşdirilməsi,
aparılması və təkmilləşdirilməsi, habelə “Dövlət informasiya ehtiyatlarının,
sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların
informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər
görsün.
Bələdiyyələrin milli assosiasiyalarına tövsiyə olunsun ki:
4.1. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan
Respublikası Konstitusiya Qanununun 4.1.6-cı və “Bələdiyyələrin birgə fəaliyyəti,
birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası
Qanununun 7-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12
sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya
ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və
arxivləşdirilməsi Qaydaları”na və 2024-cü il 28 sentyabr tarixli 199 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi
Əsasnaməsi”nə uyğun olaraq, Sistem haqqında əsasnamənin ölkə ərazisində fəaliyyət
göstərən bələdiyyələr tərəfindən birgə təsdiq edilməsi istiqamətində tədbirlərin
həyata keçirilməsini üç ay müddətində təmin etsinlər;
4.2. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan
Respublikası Qanununun
10-2.3-cü maddəsinə uyğun olaraq, Sistemə ötürüləcək və
Sistemdən əldə ediləcək məlumatların dairəsi ilə bağlı təkliflərini bir ay müddətində
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu
il 27 iyul tarixli 162 nömrəli Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999, № 7, maddə 424 (Cild I); 2024, № 4, maddə 383, №
12 (I kitab), maddə 1288) 3.2-1-ci və 3.2-2-ci bəndlərinə “Qanunun” sözündən
sonra “10-2.3-cü maddəsində və” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
11 iyul 2025-ci il
Mənbə: Meneviyyat.Az/