İlham Səfərov: “Büdcə gəlirlərindəki artım kollektivin birgə fəaliyyəti nəticəsində əldə olunub”
İlham Səfərov: “Büdcə gəlirlərindəki artım kollektivin birgə fəaliyyəti nəticəsində əldə olunub”
“Bələdiyyənin
yarımillik fəaliyyəti üzv və qulluqçuların iştirakı ilə geniş müzakirə edilmişdir”-bu
fikirləri Belediyye.infoya Şirvan bələdiyyəsinin sədri İlham Səfərov bildirib.
Görüşdə
çıxış edən sədr İlham Səfərov bildirib ki,
bu gün Şirvan bələdiyyəsi şəhərdə vətəndaş məmnunluğunun həlli istiqamətində
ciddi layihələr həyata keçirməkdədir. Hər bir müraciəti diqqətdə saxlayan Şirvan bələdiyyəsi
vətəndaşlara, xüsusəndə maddi
yardımların verilməsini, o cümlədən sosial problemlərinin həll olunması ilə bağlı
məsələləri daim nəzarətdə saxlayır.
Ötən
dövrdə həyata keçirilən layihələrə toxunan sədr çıxışında bildirib ki, Qurban
bayramı münasibətilə 35 nəfər şəhid, qazi və aztəminatlı ailələrin nümayəndələrinə
ərzaq payları təqdim edilmiş, şəhid atasının vəfatı ilə bağlı dini mərasimlərin
təşkili, dəfn xərcləri, qəbirüstü abidəsinin hazırlanması yerli büdcə vəsaiti hesabına həyata keçirilmişdir.
Sədr
çıxışında daha sonra qeyd edib ki, Şirvan
bələdiyyəsi mədəni-kütləvi tədbirlərin həyata keçirilməsinə öz töhfəsini verməkdədir.
Şəhər ərazisində abadlıq-quruculuq işlərinin aparılması istiqamətində məqsədyönlü
işlər görülmüşdür. Şəhərin məhəllədaxili
yol infrastrukturunun yenilənməsi işlərində Şirvan bələdiyyəsi Şirvan
ŞİH-in həyata keçirdiyi layihələrə öz dəstəyini
bu gündə göstərməkdə davam edir. Sədr bildirib ki, sakinlərin coxsaylı müraciətlərini
nəzərə alaraq məhəllədaxili yolların təmiri mərhələli şəkildə bundan sonrada
davam edəcəkdir. Şəhərin 1 may, İ.Qayıbov, M.Füzuli, N.Tusi, M.Müşviq,
F.X.Xoyski küçələrində yolların hamarlanması və təmir-bərpa işləri
aparılmışdır. Görülən işlərə əlavə olaraq sədr qeyd edib ki, şəhər qəbirstanlığında
ötən dövr ərzində abadlıq işləri
aparılmış qəbirstanlığın ətrafı yabanı otlardan təmizlənmiş və ərazi daim diqqətdə
saxlanılır.
Şirvan
şəhər bələdiyyəsində bu gün BAMS
proqramında 9.147 əmlak vergi obyekti, 11380 torpaq vergi obyekti, 407 icarə
obyekti qeydə alınmışdır. Ümumiyyətlə mövcud olan əmlakların bir hissəsinin sənədinin
olmaması nəticə etibari ilə bələdiyyənin büdcə gəlirlərinə mənfi təsir göstərməkdədir.
Bununla yanaşı son illərdə BAMS proqramının yenilənməsi, üstəlik Əmlak Məsələləri
Dövlət Xidmətinin məlumat sisteminə inteqrasıya edilməsi bələdiyyə büdcəsində
artımına ciddi təsir etmişdir. Sədr daha sonra qeyd edib: “Bələdiyyə büdcəsində 6 ay ərzində ötən illə müqayisədə 44 faizlik artım müşahidə
edilib. Kollektivimizin birgə fəaliyyəti ilə ilin sonunadək bütün qüvvələri səfərbər
edib büdcə gəlirlərini artırmaq üçün daha da əzmlə çalışmalı və hər bir bələdiyyə
üzvü və qulluqçusu bu istiqamətdə öz töhfəsini verməlidir. Büdcə gəlirlərindəki
kifayət artım məhz bu birliyin nəticəsində əldə olunub.”
Görüşdə
bələdiyyənin beynəlxalq əlaqələrinə də toxunulub. Bildirilib ki, Türkiyənin
Manisa şəhərində keçirilən 485-ci Beynəlxalq Mesir Macunu Festivalında ölkəmizi
Şirvan şəhərinin nümayəndə heyətini sədr İlham Səfərov uğurla təmsil edib. Bununla yanaşı Türkiyənin İstanbul şəhərinin Zeytinburnu
Kültür ve Sanat Merkezinde keçirilən
Türk Dünyası Bələdiyyələr Birliyinin İdarə heyətinin toplantısında bələdiyyənin
sədr müavini Samirə Abışova Azərbaycan nümayəndə heyətinin üzvü kimi iştirak edib.
Görüşdə
çıxış edən bələdiyyənin üzv və qulluqçuları
yekdilliklə bələdiyyənin altıaylıq hesabatının yüksək səviyyədə hazırlandığını
qeyd ediblər.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/