İDMAN

Yamalın atası: Oğlum pis iş görməyib

“Barselona” futbol klubunun hücumçusu Lamin Yamalın atası oğlunun dəbdəbəli ad günü mərasimi barədə danışıb.

“Report”un xəbərinə görə, Munir Nasraui “Europa Press”ə açıqlamasında bildirib ki, onun oğlu haqda neqativ fikirlər səsləndirənlər ilk növbətə öz əməllərinə nəzər salsa, yaxşı olar:

“Oğlum heç bir pis iş görməyib. Pis iş görsəydi, ilk olaraq mən onun qulağından tutub deyərdim: “Oğlum, belə etmək olmaz”. Lakin yenə deyirəm, o heç bir pis iş görməyib. Ölkənin hüquq-mühafizə orqanları var. Gəlin, ilk növbədə özümüzə qarşı səmimi olaq”.

Qeyd edək ki, Lamin Yamalın 18 yaşını dəbdəbəli şəkildə qeyd etməsi ciddi müzakirələrə səbəb olub. Tədbirdə cırtdanlardan ibarət qrupun şou-proqramı isə cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Hətta bəzi rəsmi qurumlar bildirib ki, məsələ ilə bağlı araşdırmalara başlayacaqlar.

Mənbə: Report.Az