İDMAN

“Mançester Yunayted” yeni məşq bazasını istifadəyə verəcək

İngiltərənin “Mançester Yunayted” klubu gələn ay yeni məşq bazasını istifadəyə verəcək.

“Report” “The Times”ə istinadən xəbər verir ki, bazaya meydança ilə yanaşı, bərbər salonu və müxtəlif istirahət zonaları kimi bəzi qeyri-futbol obyektləri daxildir.

Bu addımın komandanın performansını artırmağa töhfə verməsi məqsədilə atıldığı bildirilir. İdeyanın məqsədi həmçinin oyunçuları evə tələsmək əvəzinə məşq meydançasında daha uzun müddət qalmağa təşviq etməkdir. Bazaya yüksək səviyyəli yeməkxana da daxil olacaq.

Qeyd edək ki, Premyer Liqa təmsilçisinin yeni bazasının dəyərinin 50 milyon funt-sterlinq (58 milyon avro) olduğu bildirilir.

Mənbə: Report.Az